1830

449
324

BMT-nin baş katibi "Hagibis" qasırğasının qurbanlarının ailələrinə başsağlığı verib

BMT-nin baş katibi Antoniu Quterreş Yaponiyada "Hagibis" qasırğasının qurbanlarının ailələrinə başsağlığı verib. Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə baş katibin saytında yerləşdirilmiş məlumatda deyilir. Məlumatda bildirilir: "Baş katibi Yaponiyada "Hagibis" qasırğası nəticəsində irimiqyaslı dağıntılar və tələfat barədə məlumatlar dərindən sarsıdıb. O, ölənlərin ailələrinə, Yaponiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir. O, zərərçəkənlərin tezliklə sağalmasını arzulayır". Xatırladaq ki, "Hagibis" qasırğası Yaponiya ərazisinə sentyabrın 12-si daxil olub. Qasırğa nəticəsində 39 nəfər həlak olub, 189 nəfər isə xəsarət alıb. Bundan əlavə, 17 nəfər itkin düşmüş sayılır. }; Milli.Az  

Xəbərin Qaynağı MilliAz

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: