08:00 2020.05.20

"Börnli"nin məşqçisi koronavirusa yoluxub

İngiltərə Premyer Liqasının "Börnli" klubunun məşqçisi Ayan Voan koronavirusa yoluxub.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə futbol klubunun sytında bildirilir.

Məlumata əsasən, məşqçinin xəstəliyi simptomsuz keçir. A.Voan yaxın 7 günü karantində keçirəcək.

Qeyd edək ki, "Börnli" İngiltərə Premyer Liqasının cari mövsümündə 39 xalla 10-cu pillədə qərarlaşıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: