11:30 2020.05.19

"Dinamo"nun 3 futbolçusu koronavirusa yoluxdu

Rusiyanın "Dinamo" (Moskva) klubunun 3 futbolçusu koronavirusa yoluxub.

Xebervar.com qol.az-a istinadən xəbər verir ki,ötən gün koronavirus testindən keçən komandada qapıçı David Sanqare, müdafiəçi Roman Yevgenyev və hücumçu Silvestr İqbunun testi müsbət nəticələnib.

Bu səbəbdən komandanın mayın 21-nə planlaşdırılan məşqi qeyri-müəyyən müddətək təxirə salınıb.

Qeyd edək ki, daha əvvəl "Lokomotiv"in hücumçusu Cefferson Farfan və "Rubin"in yarımmüdafiəçisi Konstantin Pliyevdə də koronavirus aşkarlanıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: