13:30 2020.02.14

Əfqanıstanda mədrəsə partladıldı - Şagirdlər həlak oldu

Əfqanıstanın şimalındakı Kunduz əyalətində törədilmiş partlayış nəticəsində 5 uşaq həlak olub.

Xebervar.com Trend-ə istinadən xəbər verir ki, daha 3 nəfər xəsarət alıb.

Qeyd olunur ki, partlayış mədrəsədə törədilib. Hadisə qurbanları mədrəsənin şagirdləri olub.

Partlayışla bağlı məsuliyyəti üzərinə götürən təşkilat olmayıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: