12:30 2020.05.23

Ermənistanda rekord sayda koronavirusa yoluxma qeydə alındı

Ermənistanda koronavirusa yoluxanların sayı 6 302 nəfərə çatıb.

Xebervar.com Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 374 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 77 nəfər koronavirusdan ölüb, 2 936 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: