20:30 2020.05.21

“Fənərbağça” və “Beşiktaş” 16 yaşlı futbolçu uğrunda mübarizə aparır

Türkiyənin iki nəhəng klubu - "Fənərbağça" və "Beşiktaş" 16 yaşlı Bilal Budakı transfer etmək üçün mübarizə aparır.

"Xebervar.com oxu.az-a istinadən xəbər verir ki, artıq İstanbul klublarının nümayəndələri futbolçunun məxsus olduğu "Manisaspor" klubunun rəhbərliyi ilə görüşüb.

Türkiyə mətbuatı yazır ki, futbolçu cari mövsümün sonunda ona elçi düşən iki klubdan biri ilə müqaviləyə imza atacaq.

Yarımmüdafiəçi mövqeyində çıxış edən B.Budak yüksək texnikası və dəqiq ötürmələri ilə güclü klubların diqqətini özünə cəlb edib.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: