19:00 2020.05.21

Göygöl sakini sevgilisi ilə birlikdə kafedə bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Xebervar.com Trend-ə istinadən bildirir ki, hadisə rayon ərazisindəki "Vətən" kafesində qeydə alınıb. Rayon sakini, 1995-ci il təvəllüdlü Yusif Rəhimov və onunla qeyri-rəsmi münasibətdə olan 1992-ci il təvəllüdlü Günel Hüseynova naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Aslan Verdiyev tutulub.

Faktla bağlı Göygöl Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: