07:30 2020.06.30

"Hetafe" "Real Sosyedad"a qalib gəldi

"Hetafe" klubunun futbolçuları İspaniyanın furbol üzrə çempionatının 32-i turunda "Real Sosyedad" komandasını məğlub ediblər.

Xebervar.com Trend-ə istinadən bildirir ki, qalib komanda tərəfindən iki qolu Hayme Mata (20 və 83-cü dəqiqələr), "Real Sosyedad" trəfindən isə qolu Adnan Yanuzay (55-ci dəqiqə) vurublar.

İspaniya çempionatının turnir cədvəlində "Hetafe" 52 xalla 5-ci, ""Real Sosyedad isə 47 xalla 7-ci yeri tutublar. Turnirin lideri 32 oyunda 71 xal toplayan Madridin "Real" komandasıdır, ikinci yerdə isə 69 xalla "Barselona" qərarlaşıb.

Növbəti turda "Hetafe" iyulun 2-də "Real"la, "Real Sosyedad" isə eyni gündə "Espanyol" ilə görüşəcəklər.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: