21:00 2020.03.25

İranda saxta içkidən ölənlərin sayı 255-ə çatdı

İranda koronavirusdan qorunmaq məqsədilə saxta içkidən istifadə edən və zəhərlənərək həyatını itirənlərin sayı 255-ə çatıb.

Xebervar.com qafqazinfo-ya istinadən xəbər verir ki, Fars ostanının Təcili Yardım Mərkəzinin rəhbəri Məhəmməd Cavad Muradiyan spirt zəhərlənməsi səbəbilə xəstəxanaya müraciət edənlərin sayının martın 6-dan etibarən 592-yə yüksəldiyini söyləyib:

"Alkoqolun koronavirusun müalicəsində təsirli olduğu barədə yayılan şayiələrə görə bir çox insan xəstəxanalara müraciət edib. Xəstəxanaya müraciət edənlərin 72-si zəhərlənmə səbəbindən həyatını itirib". 

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: