08:30 2020.06.30

İsraildə COVID-19 infeksiyasına yoluxanların sayı 24 mini keçib

İsraildə son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 637 nəfər artaraq ümumilikdə 24 276-ya çatıb. Həmçinin eyni diaqnozdan 1 nəfər ölüb, ölənlərin ümumi sayı 319 olub.

Xebervar.com APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda İsraildə 6768 koronaviruslu xəstə var, onlardan 43 nəfəri ağır vəziyyətdədir, daha 24 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Bununla yanaşı, 17 189 nəfər müalicə olunaraq sağalıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: