04:30 2020.02.14

İstanbulda qəzaya uğrayan təyyarənin "qara qutu"su Almaniyada araşdırılacaq

İstanbulun Sabiha Gökçən hava limanında eniş edərkən qəzaya uğrayan təyyarənin "qara qutu"su Almaniyada araşdırılacaq.

Xebervar.com AZƏRTAC-a istinadən bildirir ki, Almaniyanın Qəza Təhqiqatı İdarəsi tərəfindən aparılacaq təhlilin bir həftə ərzində başa çatdırılması, ilkin hesabatın isə bir ay ərzində hazırlanması gözlənilir. Araşdırmaların fevralın 13-də başlaması planlaşdırılır.

Xatırladaq ki, fevralın 5-də İstanbulun Sabiha Gökçən hava limanında İzmir-İstanbul aviareysini yerinə yetirən təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Hadisə zamanı üç nəfər həlak olub.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: