19:00 2020.05.28

İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb

Maştağa qəsəbə sakininin həyətində narkotik maddələr aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Xebervar.com-a verilən məlumata görə, sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Cavadovun həyətindəki istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 25 ədəd çətənə kolu və 495 qram marixuana aşkar edilərək götürülüb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: