12:00 2020.02.15

İtə atılan güllə azyaşlının başına dəydi

Rusiyanın Kabarda-Balkar respublikasında azyaşlı gülləyə tuş gəlib.

Xebervar.com oxu.az-a istinadən xəbər verir ki, Zalukokoaje kəndində 48 yaşlı kişi küçə itlərini qorxutmaq üçün havaya atəş açıb.

Güllə yaxınlıqda olan yeddi yaşlı qızın başına dəyib.

Dərhal xəstəxanaya çatdırılan azyaşlı əməliyyat olunub. Həkimlər 7,62 millimetr olan gülləni çıxara biliblər. Hadisənin təfərrüatları araşdırılır.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: