
4700


Kanadada fövqəladə vəziyyət rejimi tətbiq ediləcək - SƏBƏB
Kanadanın mərkəzində Manitoba əyalətinin rəhbərliyi güclü qar yağması səbəbilə təcili rejim tətbiq edəcək. Milli.Az bildirir ki, APA yerli CBC kanalına istinadla xəbər verir ki, bunu əyalətin Baş naziri Brian Pallister açıqlayıb. O, "Manitoba Hydro" elektrik şirkətinə rəsmi olaraq əlavə səlahiyyətlər verilməsini tapşırdığını deyib: "Danışıqlar zamanı şirkət rəhbərliyi elektrik enerjisinin verilməsini bərpa etmək üçün fövqəladə vəziyyətin elan edilməsini istədi". Baş nazir şirkətin istəyini təmin edəcəyini bildirib. }; Qeyd edək ki, pis hava şəraiti nəticəsində vilayətdə 50 minə yaxın abunəçi elektriksiz qalıb. Bundan əlavə, çaylarda suyun səviyyəsində artım müşahidə edilir. Milli.Az
Xəbərin Qaynağı MilliAz
Reklamınız
Burada
Xəbər Lenti
+994 77 507 83 98 | [email protected]
0 Rəy: