08:30 2020.01.14

Kliçko təcili əməliyyat olundu

Ukraynanın Kiyev şəhərinin meri Vitali Kliçko əməliyyat keçirib.

Xebervar.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Strana.ua" xəbər verib.

Los-Ancelesdəki (ABŞ) evinə gedən Kliçko təcili Ukraynanın paytaxtına qayıtmalı olub. Buna səbəb onu narahat edən qulaq ağrısı olub. O, dərhal əməliyyat olunub.

Kliçkonun bütün iş görüşmələrini təxirə saldığı bildirilir. Belə ki, onun hərarəti 40 dərəcəyə yaxındır.

Şəhər merinin xəstəxanadan nə vaxt evə buraxılacağı isə hələ məlum deyil. 

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: