07:30 2020.03.05

Koronavirus İranda benzin istehlakını azaldır

İranda ötən ayın sonlarında yeni koronavirusun yayılmasına görə benzin istehlakı yenidən azalıb.

Koronavirus İranda benzin istehlakını azaldırbunu İranın Neft Məmulatlarının Distributorluğu Milli Şirkətinin planlar üzrə idarəsinin direktoru Şəhram Rzayi deyib. Bu barədə Trend şirkətin informasiya portalına istinadən məlumat verib.

Ş.Rzayinin sözlərinə görə, hazırda İranda gündəlik benzin istehlakı 70 milyon litrdir.

Rzayi əlavə edib ki, ötən ayın ortalarında bu rəqəm gündəlik 85-86 milyon litr arasında idi.

Qeyd edək ki, şirkət rəsmisi 2 martda İranda benzin istehlakının gündəlik 75-76 milyon litr olduğunu bildirmişdi.

Şirkət rəsmisi bildirib ki, benzinin qiyməti artırıldığı zamanda isə İranda gündəlik 95-96 milyon litr benzin istehlak olunurdu.

Rzayi yeni koronavirus probleminin həll olunduqdan sonra istehlakın artacağını proqnozlaşdırıb.

Qeyd edək ki, İranın Neft Məmulatlarının Distributorluğu Milli Şirkəti yanacaqdoldurma məntəqələrində vətəndaşların avtomobillərinə yanacaq doldurmasını qadağan edib və sadəcə operatorlar yanacaq doldura bilərlər.

Əlavə edək ki, 15 noyabrda İranda benzinin qiyməti kvota ilə 10 min rialdan (təxminən 0,23 dollar) 15 min riala (təxminən 0,35 dollar), sərbəst şəkildə isə 30 min riala (təxminən 0,71 dollar) bahalaşıb.

Bildirək ki, İranda yeni koronavirusun yayılması nəticəsində indiyədək 2 336 nəfər bu virusa yoluxub və 77 nəfər ölüb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: