18:00 2020.04.03

Koronavirus şübhəsi ilə karantinə alınan millimizin üzvü barədə son məlumat

Qadın voleybolçulardan ibarət millimizin üzvü Yuliya Kərimova karantindən evə buraxılıb.

Xebervar.com Oxu.az-a istinadən xəbər verir ki, 35 yaşlı voleybolçuda koronavirus tapılmadığından, karantində qalmasına ehtiyac olmayıb.

Xatırladaq ki, Yuliya İsrailin Hayfa şəhərindən gəldikdən sonra karantinə alınıb.

Qeyd edək ki, ukraynalı legionerimiz olan Yuliya Kərimova 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunları zamanı milli komandamızda çıxış edib. O, əvvəlcə çimərlik voleybolu üzrə millimizin üzvü olub.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: