08:30 2020.05.20

"Mançester Siti" "Milan"ın yarımmüdafiəçisi ilə maraqlanır

İtaliyanın "Milan" futbol klubunun mərkəzi yarımmüdafiəçisi İsmael Bennaser ilə İngiltərənin "Mançester Siti" klubu maraqlanır.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, 22 yaşlı əlcəzairli futbolçunu həmçinin Fransanın PSJ klubu da transfer etmək istəyir. Lakin İtaliya klubu PSJ-nin təklifini rədd edib.

Bildirilir ki, PSJ İ.Bennaseri transfer etmək üçün daha bir təklif göndərmək niyyətindədir.

Qeyd edək ki, 2019/20 mövsümündə İsmael Bennaser "Milan"ın heyətində 23 oyunda iştirak edib və bir qolla nəticələnən pas verib.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: