18:00 2020.05.16

Məcburi köçkün Prezidentə yazır: Bu çətin günlərdə bizlərə və bütün xalqımıza göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk

Cənab Prezident, bu çətin günlərdə bizlərə və bütün xalqımıza göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk.

Xebervar.com Trend-ə istinadən bildirir ki, bunları Prezident İlham Əliyevə ünvanladığı məktubda Cəbrayıl rayonundan məcburi köçkün, 86 yaşlı Zərnisə Allahverdiyeva deyib.

Məcburi köçkün məktubunda dövlətimizin başçısına minnətdarlıq edərək yazır:

"Hörmətli cənab Prezident, 86 yaşlı ana kimi Cəbrayıl rayonundan məcburi köçkünlər adından bu çətin günlərdə bizlərə və bütün xalqımıza göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımızı bildirir, bütün qərarlarınızı dəstəklədiyimizi bəyan edirəm. Sizin bu günlərdəki fədakarlığınız göz önündədir və indiki ağır vəziyyətdə xalqımızı düşündüyünüz, hər bir vətəndaşa dəstək olduğunuz üçün çox sağ olun. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının vaxtında alınması üçün gördüyünüz tədbirləri alqışlayır, tövsiyələrinizi yüksək dəyərləndiririk. Hər zaman Sizə minnətdarıq. Var olun, cənab Prezident!".

Xebervar.com 

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: