18:30 2020.03.10

Məhkəmə hakimləri barəsində intizam icraatları başlanıldı

Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyova töhmət verilib.

Xebervar.com Trend-ə istinadən bildirir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurasının növbəti iclasında qərar qəbul edilib.

Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda, həmçinin Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevaya və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanılıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: