09:30 2020.03.26

Meksikada koronavirusa yoluxanların sayı artıb

Meksikada daha 70 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Xebervar.com Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransı zamanı ölkənin Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatell deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 475 nəfərə çatıb, daha 1656 nəfər həkimlər tərəfindən yoxlanılır.

Nazir müavini qeyd edib ki, artıq ölkədə 6 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Meksikada koronavirusa ilk yoluxma halı fevralın 28-i qeydə alınıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: