09:30 2020.05.21

Məşhur hücumçu karyerasını başa vurdu

"Atletik"in futbolçusu Arits Aduris karyerasını başa vurub.

Xebervar.com xəbər verir ki, 39 yaşlı ispan hücumçu qərarını sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb: "Əvvəldən sonadək unudulmaz və gözəl olan səyahətim başa çatır. Çox sağ olun".

Aduris uzun illər formasını geyindiyi "Atletik"in heyətində 172 qol vurub və klubun XXI əsrdəki ən yaxşı bombardiridir.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: