2791

123
379

"Milli Gimnastika Arenasında çıxış etmək böyük məsuliyyətdir" - Azərbaycanlı gimnast

Bədii Gimnastika üzrə regionlararası kubokunun qızıl medalını qazandığım üçün çox xoşbəxtəm. Milli.Az xəbər verir ki, bunu Trend-ə Mingəçevirdən olan gənc idmançımız Yasəmən Nəsirova deyib. Y.Nəsirova qızıl medalı qazandığı üçün şad və xoşbəxt olduğunu bildirib: "Bu yarışlarda yüksək nəticələr göstərmək üçün çox məşq etdim. Regionlararası kubokunda birinci yer qazanmaq ciddi hazırlığın nəticəsidir". 2009-cu il təvəllüdlü gimnastlar arasında Yasəmən Nəsirova fərdi çoxnövçülükdə (alətsiz və gürzlərlə hərəkətlərdə) bədii gimnastika üzrə 6-cı regionlararası kubokunda birinci yeri tutdu. Gənc gimnast əlavə edib ki, Milli Gimnastika Arenasında çıxış etmək böyük məsuliyyətdir. }; Qeyd edək ki, 10-13 oktyabr tarixlərində Milli Gimnastika Arenasında 26-cı Azərbaycan və Bakı birinciliyi və 6-cı bölgələrarası kuboku keçirilir. Oktyabrın 11-12-də aerobika gimnastikası üzrə beşinci Azərbaycan birinciliyi və Bakı çempionatı da keçirilib. Gimnastikanın hər iki növündə yarışlarda Bakı və Azərbaycanın bölgələrindən 200-dən çox idmançı iştirak edir. Milli.Az

Xəbərin Qaynağı MilliAz

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: