14:00 2020.05.28

Millimizin üzvü klubundan ayrıldı - Rəsmi

Avstriyanın "Austriya" (Klaqenfurt) klubu 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Barış Ekincierlə yollarını ayırıb.

Xebervar.com qol.az-a istinadən xəbər verir ki, bu barədə ikinci liqa təmsilçisinin  saytı məlumat yayıb. İcarə əsasında "Austriya"da çıxış edən 21 yaşlı yarımmüdafiəçi iyulun 1-də müqavilə ilə məxsus olduğu Almaniyanın "Bohum" klubuna qoşulacağı bildirilib.

Ekincier klubdan ayrılması ilə bağlı deyib: "Təəssüf ki, işlər hər iki tərəfin ümid etdiyi kimi getmədi. Ancaq komandada özümü çox rahat hiss edirdim".

B.Ekincier komanda yoldaşları ilə vidalaşan zaman ona "Austriya" bütün futbolçuların imzaladığı forma təqdim edilib.

Qeyd edək ki, millimizin üzvünün "Bohum"la müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: