10:00 2020.04.03

Misirdə son bir sutkada yeni növ koronavirusdan 6 nəfər ölüb

Misirdə COVID-19 virusundan ölənlərin sayı 52 nəfərə çatıb. 

Xebervar.com AZƏRTAC-a istinadən bildirir ki, bunu Misirin Baş Naziri Mustafa Madbuli bildirib. O qeyd edib ki, son bir sutkada xəstəlikdən daha 6 nəfər dünyasını dəyişib. Həyatını itirənlərin biri İordaniya, qalanları Misir vətəndaşlarıdır.

Baş Nazir deyib ki, aprelin 2-də ölkədə koronavirusa 71 yoluxma halı qeydə alınıb və xəstələrin ümumi sayı 850 nəfərə çatıb. COVID-19 virusuna yeni yoluxanların hamısı Misir vətəndaşlarıdır.

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutkada 22 nəfər koronavirusdan müalicə olunub. İndiyədək 179 koronavirus xəstəsi tam sağalıb. COVID-19 virusuna yoluxanların əksəriyyəti 52-59 yaş arasında olanlardır.

Xebervar.com 

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: