12:30 2020.03.12

"Novruz adətlərindən bir-iki şey xoşuma gəlmir, dəyişmək lazımdır"

Meyxanaçı Ağamirzə Məmmədov Novruz bayramının adətlərini dəyişmək istəyir.

Xebervar.com axşam.az-a istinadən bildirir ki, o, illərdir davam etdirilən adətlərdən narazı olduğunu "Şou ATV" verilişində deyib:

"Novruz gözəl bayramdır. Amma bir-iki şey xoşuma gəlmir. Dəyişmək lazımdır. Qapıya papaq atmaq olmaz, torba atın. Qulaq falına çıxmaq olmaz. Evimdə söhbət edirəm, niyə dinləyirsən? Xoruz, qoç, it döyüşdürmək olmaz. Heyvanlara əziyyət vermək lazım deyil. Bir-birini parça-parça edirlər, qan içində olurlar".

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: