14:30 2020.03.11

"Onlar bir günlük qaranquşlardır" - Faiq rüşvət verən məşhurları tənqid etdi

Bayağı mahnıların trendə çevrilməsinin əsas səbəbkarı musiqi zövqü axsaq olan insanlardır. Bunu heçə kəs açıq söyləmir. Trendi yaradan zövqsüzlərdir.

Xebervar.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev bayağı musiqilərdən danışarkən deyib. O, "MTV"yə açıqlamasında kütləni tənqid edərək günahkarın onlar olduğunu söyləyib.

Məşhur müğənni rüşvət verərək sosial şəbəkədə süni baxış toplayan ifaçılara da müraciət edib:

"İnstaqramda yazırlar ki, filan miqdarda pulun qarşılığında izləyici sayını 2 milyon artıraq və baxış sayını yutubda artıraq və s. Elə bil ki, sənin cibinə pul salıram ki, məni təriflə! Məhəbbətdə rüşvət yoxdur. Rüşvətlə alınan baxışlar, izləyici sayları mənim üçün əhəmiyyətsizdir. 2 milyon baxış toplasa da, hansısa bir məkanda çıxışı qarşılığında 3 nəfər belə əl çalmır. Bir də var ki, canavar kimi səhnəyə çıxırsan, publikanı özününkü edirsən! Baxın, bu, göstəricidir. Hər şeyin bir dövrü var.  Geyimlər kimi... Gah gündəmə gəlir, gah da dəbdən düşür. Onlar bir günlük qaranquşlardır".

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: