14:30 2020.03.25

Özbəkistanda koronavirusa yoluxanların sayı 55-ə çatıb

Özbəkistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 6 nəfər artıb. Ümumilikdə isə, bu xəstəliyə yoluxanların sayı 55-ə çatıb.

Xebervar.com AZƏRTAC-a istinadən bildirir ki, ölkədə COVID-19 ilk dəfə martın 15-də Parisdən Daşkəndə gələn Özbəkistan vətəndaşında aşkar olunub. On gün ərzində koronavirusa yoluxanların sayı 55-ə çatıb və hər gün artır. Son 24 saat ərzində bu xəstəlik koronavirusa yoluxanlarla heç bir əlaqəsi olmayan bir qızda da aşkarlanıb.

Koronavirusa yoluxanlar Elmi-Tədqiqat Virusologiya İnstitunun klinikasında müalicə alırlar. Virusa yoluxanlar arasında ölənlər yoxdur.

Qeyd edək ki, Özbəkistanda 12,7 min adam karantindədir. Onların 7,4 mini xəstəxanalarda, qalanları isə ev şəraitində karantinə alınıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: