15:00 2020.05.28

Pakistanın Baş Naziri Prezident İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş Naziri İmran Xandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Xebervar.com AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Bu məktubumla ölümcül COVID-19 pandemiyasına qarşı mübarizədə səylərimizi gücləndirmək üçün Pakistana bir milyon ABŞ dolları məbləğində humanitar yardımın ayrılmasına dair Azərbaycanın verdiyi qərarla bağlı təşəkkürümü çatdırıram.

Belə çətin zamanlarda bu cür düşünülmüş jest bizim yaxın və qardaşlıq münasibətlərimizin təzahürüdür. Pakistan xalqı azərbaycanlı qardaşları tərəfindən edilmiş bu xeyirxahlığı daim xatırlayacaqdır.

İcazə verin, həmçinin Sizi Qoşulmama Hərəkatının Təmas Qrupunun bu yaxınlarda uğurla keçirilmiş, COVID-19 qlobal təhdidinə qarşı mübarizəyə həsr olunmuş onlayn Zirvə görüşü ilə bağlı təbrik edim. Bu, vaxtında göstərilmiş təşəbbüs idi. Səmərəli qlobal cavab tədbirləri üçün biz hamımız birlikdə olmalı, əlaqələndirilmiş və vahid icra mexanizminə əsaslanan birgə strategiya həyata keçirməliyik.

Fürsətdən istifadə edərək, müqəddəs Ramazan ayında bu cür həmrəylik nümayişinə görə Sizə və Azərbaycan xalqına bir daha təşəkkür edir, Zati-alinizin cansağlığı, xoşbəxtliyi və rifahı üçün dua edirəm.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

Xebervar.com 

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: