15:00 2020.05.22

Peskovun xanımı koronavirusdan sağaldı, özü isə...

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun xanımı, tanınmış fiqurist Tatyana Navka koronavirusdan sağalıb.

Xebervar.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə xanımın özü məlumat verib. O, Rusiya KİV-nə danışaraq, virusdan xilas olduğunu açıqlayıb: "Yenidən məndən test nəticələri götürüldü, cavab neqativ oldu. Hər şey yaxşıdır. Dmitri isə sağalmağa doğru gedir, xəstəxanadadır".

Qeyd edək ki, mayın 12-də Peskovun COVID-19-a yoluxduğu açıqlanmışdı. Onun ardınca xanımının test nəticələri də müsbət çıxmışdı.

Xebervar.com

 

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: