13:30 2020.05.22

Polis Binəqədidə əməliyyat keçirdi, saxlanılanlar var

Polis Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib

Xebervar.com Trend-ə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Binəqədi qəsəbəsi sakinləri əvvəllər məhkum olunmuş Ruhin Səttarov, Kübra Həsənova, Tərlan İsrafilov və Nəcəf Əsədi saxlanılıblar. Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: