19:30 2020.02.10

Polisi aldatmaq istədi - Sərxoş əri bıçaqlayıbmış

Şəkidə arvadını bıçaqlamaqda təqsirli bilinən Xəyyam Yusubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Xebervar.com "Öökə.az"a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası fevralın 19-na təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin oktyabr ayında baş verib.

Şəki Rayon Mərkəzi Xəstəxanasına bıçaq xəsarəti ilə daxil olan şəhər sakini, 1985-ci il təvəllüdlü Gülşən Rafiq qızı Yusubovaya sağ qabırğaaltının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. G.Yusubova hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib. O bildirib ki, yaşadığı evdə yıxılıb, əlindəki bıçaq bədəninə batıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsinin apardığı araşdırma zamanı isə məlum olub ki, G.Yusibova əri tərəfindən bıçaqlanıb. 1978-ci il təvəllüdlü Xəyyam Yusubovun spirtli içkinin təsiri altında arvadını bıçaqladığı müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham verilib.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: