18:30 2020.03.25

Prezident İlham Əliyev banqladeşli həmkarını təbrik edib

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmidə təbrik məktubu göndərib.

Xebervar.com AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Banqladeş Xalq Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındakı münasibətlər həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və rifah diləyirəm".

Xebervar.com 

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: