02:00 2020.01.27

Qazaxıstanın paytaxtında bütün aviareyslər təxirə salınıb

Hava şəraiti ilə əlaqədar Qazaxıstanın paytaxtındakı hava limanında bütün reyslər təxirə salınıb.

Xebervar.com Trend-ə istinadən bildirir ki, bu barədə Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanının mətbuat xidmətinin nümayəndəsi Jenis Əhmətcanov xəbər verib.

J.Əhmətcanov deyib: "Nursultan Nazarbayev Beynəlxalq Hava Limanı, çətin hava şəraiti və məhdud görünmə səbəbiylə təhlükəsizliyi təmin etmək məqsədi ilə bütün gəliş və gediş uçuşlarını qeyri-müəyyən müddətə təxirə salındığını bildirir. Küləyin sürəti saniyədə 20-24 metrə çatır."

Çovğun və güclü külək səbəbiylə yanvarın 27-də Nur-Sultan şəhərində məktəblər, kolleclər və məktəbəqədər mərkəzlər bağlı olacaq.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: