11:30 2020.05.23

Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 400 nəfərə yaxınlaşır

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 15 nəfər yoluxub.

Xebervar.com Trend-ə istinadən xəbər verir ki, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 365 nəfərə çatıb.

N.Usanbayev qeyd edib ki, ötən gün, həmçinin 8 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə ölkədə 957 nəfər koronavirusdan sağalıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: