22:00 2020.03.20

Rakitiç keçmiş klubuna qayıda bilər

"Barselona"nın futbolçusu İvan Rakitiç yayda "Sevilya"ya qayıda bilər.

Xebervar.com goal.az-a istinadən xəbər verir ki, xorvat yarımmüdafiəçi sabiq klubuna dönməyi karyerası üçün ən uyğun variant hesab edir.

"Sevilya" Kataloniya təmsilçisinə 32 yaşlı oyunçu ilə maraqlandığını bildirib. Artıq Rakitiçin meneceri ilə danışıqlar aparıldığı vurğulanıb.

Qeyd edək ki, Rakitiç 2011-2014-cü illərdə "Sevilya"da oynayıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: