13:30 2020.06.04

Rayonlara gediş-gəliş qadağası bir müddət də uzadılır? - Rəsmi cavab

"İnsanlar qaydalara əməl etsələr, tibbi maska taxsalar, epidemioloji statistik göstəricilər yaxşılaşsa ondan sonrakı həftəsonlarında birmənalı olaraq bağlanmaya getməyə bilərik"

Xebervar.com xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

"Əlbəttə ki, arzumuz budur. Göstəricilərdə yaxşılaşma olsa biz niyə bağlanmaya gedək ki? Gördüyünüz kimi, hətta əvvəlki brifinqdə sizə açılmalar barədə məlumat vermişdik. Rayonlar arası gediş-gəlişi açaqmı deyə düşünürdük. Amma ekspertlərimizin ümumi rəyi belə oldu ki, yox, bu dəfə də saxlayaq. Amma bu gün nədən danışırıq? Təəssüflər olsun ki, məhdudiyyətlərdən", - o, söyləyib.

Bəxtiyar Umarlı
Xebervar.com

 

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: