22:00 2020.06.03

"Renault" Fransadan 5 milyard avro kredit alacaq

Fransanın "Renault" avtomobil şirkəti dövlətdən 5 milyard avro məbləğində kreditin alınması ilə bağlı razılıq əldə edib.

Xebervar.com Trend-ə istinadən bildirir ki, kreditin verilməsində Fransanın ən iri bankları - "BNP Paribas", "Credit Agricole", "Societe Generale", eləcə də HSBC və Natixis banklarının Fransa şöbələri iştirak edəcək.

"Renault" bildirib ki, bu kredit şirkətin likvidlik ehtiyacını təmin edəcək.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: