18:00 2020.02.14

Rusiyada avtoqəzada “QAZel” yanıb, altı nəfər ölüb

Rusiyanın Tambov vilayətində "QAZel" markalı avtomobilin yük maşını ilə qarşı-qarşıya toqquşması nəticəsində altı nəfər ölüb.

Xebervar.com APA-ya istinadən xəbər verir ki, qəzada ölənlər "QAZel"-in sürücüsü və sərnişinləridir. Yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, qəzanın səbəbi araşdırılır.

İlkin versiyaya görə, qəza "QAZel" markalı nəqliyyat vasitəsinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq qarşı yol çıxması nəticəsində baş verib.  

Zərbənin təsirindən "QAZel" yanıb, avtomobildəkilər hamısı yerində ölüb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: