16:30 2020.01.10

Rusiyada Çin vətəndaşı azərbaycanlını öldürdü

Rusiyanın Moskva şəhərində azərbaycanlı öldürülüb.

Xebervar.com oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın cənub-şərq hissəsində baş verib.

Xəbərdə bildirilir ki, Marinski Park küçəsində yerləşən evlərin birinin liftinin qarşısında çox sayda bıçaq vurulmuş kişi meyiti tapılıb.

Müəyyən olunub ki, o, 53 yaşlı Azərbaycan vətəndaşıdır.

Hadisəni törədən şəxsin Çin vətəndaşı olduğu bildirilib.

Hazırda "KİA Optima" markalı avtomobili idarə edən həmin şəxs axtarışa verilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: