14:00 2020.02.19

Rusiyada həmyerlisini öldürən azərbaycanlıya hökm oxundu

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan vətəndaşının məhkəməsi olub.

Xebervar.com oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlı istintaqdan yayınmaq üçün soyadını dəyişib.

Məlum olub ki, Cavadzadə Famil İsmayıl oğlu Moskvada köhnə tanışı Qasımov M. ilə mübahisə edib və dəmir parçası ilə onun sinəsinə və qarnına üç dəfə zərbə endirib.

Nəticədə Qasımov ölüb. Hadisəni törədən Cavadzadə Azərbaycana qaçaraq gizlənib.

O, axtarışa verildiyini bilib və soyadını Cavadov olaraq dəyişib. Bir il altı aydan sonra həmin şəxs tutulub.

Məhkəmə prosesində Cavadzadə günahını qısmən qəbul edib və etdiyi əməldən peşman olmadığını bildirib.

Məhkəmə qərarı ilə o, "qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda" maddəsi ilə səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: