16:00 2020.01.26

"Sivasspor"da yeni transfer

Türkiyə Superliqasının lideri "Sivasspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Xebervar.com goal.az-a istinadən xəbər verir ki, Sivas təmsilçisi braziliyalı yarımmüdafiəçi Klaudemir Dominges de Suozanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

"San Karlos"un yetirməsi olan Klaudemir karyerası ərzində "Vitess", "Kopenhagen", "Brugge", "Əl-Əhli" kimi klubların formasını geyinib.

Onun sonuncu komandası isə 2018-ci ildən oynadığı "Braqa" olub.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: