19:30 2020.06.29

Şri-Lankada komendant saatı ləğv edilib

Şri-Lankada koronavirus pandemiyası ilə əlaqədar mart ayında tətbiq olunmuş komendant saatı tamamilə ləğv edilib.

Xebervar.com Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti elan edib.

Ölkədə komendant saatı martın 20-də tətbiq olunmuş və bir ay ərzində 24 saat davam etmişdi. Aprel ayından bu rejim yalnız gecə saatlarına tətbiq olunmuş, iyunun 13-dən isə 4 saatadək azaldılmışdı.

Bu günədək Şri-Lankada 2 mindən çox şəxs koronavirusa yoluxub. Onlardan 11 nəfəri ölüb, 1 661 nəfər sağalıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: