08:00 2020.06.29

"Ştutqart" yenidən Bundesliqaya qayıtdı

Futbol üzrə Almaniya 1-ci və 2-ci Bundesliqasında 2019/20 mövsümünə yekun vurulub.

Xebervar.com matc.az-a istinadən bildirir ki, elitanı tərk edən və əsas Bundesliqaya yüksələn komandalar da artıq bəllidi.

Belə ki, mövsümün yekunlarına əsasən, 20 xala malik "Paderborn" və 30 xalla 17-ci olan Düsseldorf "Fortuna"sı əsas Bundesliqanı tərk edib. Bu iki komandanı elitada 2-ci Bundesliqanın qalibi "Arminiya" və ikinci yeri tutan "Ştutqart" əvəz edəcək. Əsas Bundesliqada 16-cı olan "Verder" isə 2-ci Bundesliqada 3-cü pilləni tutan "Haydenhaym" ilə pley-off oyununda qüvvəsini sınayacaq. Qalib gələn tərəf növbəti mövsümdə əsas Bundesliqada mübarizə aparacaqsa, məğlub olan 2-ci Bundesliqanın iştirakçısı olacaq.
 
Qeyd edək ki, "Vehen" və Drezden "Dinamo"su 2-ci Bundesliqada son iki pilləni tutduqlarına görə aşağı liqaya yuvarlanıb. Onlardan öndə qərarlaşan "Nürnberq"in isə 2-ci Bundesliqada qalmaq üçün son şansı pley-off qarşılaşmasından qalib ayrılmaqdı.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: