22:30 2020.05.27

Suriyada partlayış baş verib, türk hərbçisi həlak olub

Suriyanın İdlib bölgəsində partlayış nəticəsində bir Türkiyə hərbçisi həlak olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, yolda təhlükəsizliyin təmin edilməsi üzrə nəzarətin icrası zamanı naməlum səbəbdən partlayış baş verib və partlayış nəticəsində bir hərbçi yaralanıb.

Bildirilir ki, hərbçi dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: