11:00 2020.01.26

Tbilisidə iki Azərbaycan vətəndaşı saxlanılıb

Tbilisidə böyük həcmdə narkotik maddə əldə etmək və saxlamaqda ittiham edilən iki Azərbaycan vətəndaşı saxlanılıb.

Xebervar.com APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Naziri məlumat yayıb.

35 yaşlı X.N.  və 38 yaşlı N.Q. Kvemo-Kartli  Polis Departamenti və Qardabani rayon Polis İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Saxlanılan şəxslərin üzərində bir neçə paket heroin, morfi, metadon, kodein və Alğfa-PVP (α-PVP) aşkarlanıb.

Saxlanılan şəxslər 16 ildən 20 ilə qədər həbs cəzası gözləyir.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: