17:00 2020.03.26

Tovuzda ər arvadını bıçaqladı

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Xebervar.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Qovlar şəhərinin Nizami Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Mehtiyeva Aytəkin Vaqif qızı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, hadisəni törədən şəxs 1990-cu il təvəllüdlü Hümbətov Musa Aydın oğludur.

Məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.

M. Hümbətov Aytəkin Mehtiyevanın həyat yoldaşıdır.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: