12:00 2020.01.26

Tripoli aeroportu atəşə tutuldu: 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Liviya paytaxtında Mitiqa aeroportu yenidən atəşə tutulub.

Xebervar.com APA-ya istinadən bildirir ki, Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu tərəfindən  aeroportun atəşə tutulması nəticəsində 1 mülki şəxs ölüb, 5 nəfər yaralanıb.

Mitiqa aeroportu Triplini dünya ilə əlaqəsini təmin edən yeganə aeroportdur. Aeroportun atəşə tutulması ilə əlaqədar sərnişin təyyarələrindən biri marşrutunu dəyişmək məcburiyyətində qalıb.

Qeyd edək ki, yanvarın 19-da Berlində Liviya böhranı ilə əlaqədar keçirilən beynəlxalq konfransda qəbul edilən Bəyannamədə münaqişə tərəfləri - Milli Razılıq Hökuməti və Xəlifə Haftar atəşkəsə çağırılıb. Eyni zamanda ölkədə vahid hökumətin yaradılması, dövlətçiliyin bərpası üçün islahatların aparılması vacib hesab edilib. Ancaq buna baxmayaraq, Xəlifə Haftar 2019-cu il dekabrın 12-dən Tripoliyə başlatdığı hücumları davam etdirir.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: