23:00 2020.05.28

Türkiyədə son sutkada koronavirusdan 1 576 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində daha 30 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Xebervar.com Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 461 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 182 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 160 979 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 576 nəfər olmaqla 124 296 nəfər təşkil edir.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: