20:30 2020.06.25

Ukraynada Azərbaycan vətəndaşı öldürülüb

Ukraynada Goranboy sakini qətlə yetirilib.

Xebervar.com APA-ya istinadən xəbər verir ki, hadisə Ukraynanın Luqansk vilayətində qeydə alınıb. Staxanov şəhərində yaşayan, Goranboy rayon Faxralı kənd sakini, 26 yaşlı H.Mamed həmyerlisi olan yeznəsi, 33 yaşlı Ə.Hakimi bıçaqlayıb. Qarın nahiyəsindən 3 bıçaq zərbəsi alan Ə.Hakim xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb. Onun meyitinin yaxın günlərdə Azərbaycana gətiriləcəyi bildirilir.

Hadisəni törədən H.Mamed polisə gedərək könülü təslim olub.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: